Azərbaycanda qadın qətlə yetirildi: Kəndin mollası şübhəli kimi saxlanıldı

7-04-2025, 10:59           
Azərbaycanda qadın qətlə yetirildi: Kəndin mollası şübhəli kimi saxlanıldı
Xaçmazda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq qətlə yetirdiyi bildirilir.

Məlumata görə, 45 yaşlı qadını öldürdükdən sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru