Rusiya ordusuna rekord sayda əsgər çağırılacaq

7-04-2025, 09:57           
Rusiya ordusuna rekord sayda əsgər çağırılacaq
Rusiyada 1 apreldə başlayan yaz hərbi çağırışının son 14 ilin ən genişmiqyaşlı çağırış kampaniyası olacağı bildirilir.

Rbc.ru-ya istinadən xəbər verir ki, yaxın üç ay yarım ərzində təxminən 160 min gənc müddətli hərbi xidmətə çağırılacaq.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu qədər yeni əsgəri son dəfə 2011-ci ildə çağırıb.

Qeyd edilir ki, SSRİ-nin dağılmasından bəri ən az sayda müddətli hərbi qulluqçu 2022-ci ilin payızında çağırılıb və onların sayı 120 min nəfər olub. Rekord göstərici isə 2009-cu ildə qeydə alınıb. Həmin dövrdə 305,6 min gənc hərbi xidmətə çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru