Xanlar Vəliyev təqaüdə göndərildi

9-04-2025, 00:13           
Xanlar Vəliyev təqaüdə göndərildi
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Baş Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.
Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru