Qızıl yenidən rekord qırdı 12-04-2025, 09:08 İnvestorların təhlükəsiz limanlara üz tutması nəticəsində qızılın dəyəri 3 min 200 dolları keçərək rekord qırıb.İndex.az xəbər verir ki, bu gün qızılın unsiyası 1,4% bahalaşaraq 3 min 219 dollara çatıb.Bununla da, qızılın dəyəri ardıcıl olaraq iki gün rekord səviyyədə bahalaşıb.Qeyd edək ki, son iki gündə qızılın dəyəri 3%-dən çox artıb. Facebook-da paylaş