Rusiyada xəstənin qarnından 8 kiloqramlıq şiş çıxdı

14-04-2025, 11:17           
Rusiyada xəstənin qarnından 8 kiloqramlıq şiş çıxdı
Buryatiyada (Rusiya) həkimlər nəhəng şişi olan xanıma kömək ediblər.

Gazeta.ru xəbər verir ki, yarım il əvvəl xanım sol qabırğasının altında sərt və hərəkət edən bir törəmənin olduğunu hiss edib. Bu, onun narahatlığına səbəb olub.

Həkimlər tam diaqnostika keçirib və qarın boşluğunun arxasında yerləşən nəhəng şişi çıxarmağa razılaşıblar.

Əməliyyat uğurla başa çatıb. 8 kiloqram ağırlığındakı şiş histoloji analizə göndərilib.

Xanıma gəlincə, o, artıq özünü yaxşı hiss edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru