Moskvada Penza vilayətinin keçmiş təhsil naziri Aleksey Komarov saxlanılıb.
32gun.az bildirir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, keçmiş məmur vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir: o, nazir olarkən sahibkarların maraqlarını lobbiləşdirib. Rüşvətin məbləği 16 milyon rubl təşkil edib.