Miqrantların şəxsi məlumatları hədəfdə: Tramp Administrasiyasının yeni siyasəti 11

16-04-2025, 11:26           
Miqrantların şəxsi məlumatları hədəfdə: Tramp Administrasiyasının yeni siyasəti  11
ABŞ Prezidenti Donald Trampın Administrasiyasının Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə işləyən məmurları, federal agentliklərdən əməkdaşların iş, təhsil və yaşayış yerləri barədə məlumat tələb edir.

Bu barədə "The Washington Post" qəzeti xəbər yayıb.

Bildirilib ki, bu şəxsi məlumatlar əsasən qanunsuz miqrantları müəyyən etmək üçün istifadə olunacaq. Məqsəd isə bu şəxsləri iş və yaşayış imkanlarından məhrum etməkdir.

ABŞ-nin Mənzil və Şəhərsalma Nazirliyi, ailə üzvlərinin bir qismi ölkədə qanuni, digərləri isə qeyri-qanuni yaşayan ailələrin dövlət mənzillərində yaşamasını qadağan edən yeni qaydalar hazırlayır.

DOGE belə ailələrin evlərindən çıxarılmasına çalışır və qeyri-qanuni miqrantların ABŞ vətəndaşları və ya daimi sakinlərlə yaşasalar belə, dövlət proqramlarından yararlanmamasını təmin etmək istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru