Moskvada əcnəbilər tənqid etdiklərinə görə yerli sakinləri döyüblər

18-04-2025, 10:34           
Moskvada əcnəbilər tənqid etdiklərinə görə yerli sakinləri döyüblər
Moskvada dörd gənc yerli sakinlərə hücum edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, Mıtişçidə ictimai yerlərdə insanlar təqsirləndirilən şəxsləri nalayiq davranışlarına görə tənqid ediblər.

Cavab olaraq kişilər narazı sakinlərə hücum edərək, onları döyüblər. Qurbanlar arasında bir azyaşlı da var.

Oxşar hadisələrin 2023-2024-cü illər arasında da baş verib.

Həmin şəxslərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmış şəxslərdir, onlardan biri yerli sakin, digər üç nəfər isə başqa dövlətin vətəndaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru