İsrail PUA ilə zərbə endirdi: Hicazi öldürüldü

18-04-2025, 10:44           
İsrail PUA ilə zərbə endirdi: Hicazi öldürüldü
İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın cənubunda bir neçə obyektə zərbə endirib.
Bu barədə “Lebanon 24” məlumat yayıb.

Bildirilib ki, Aytarun şəhərinin kənarında hava hücumu zamanı pilotsuz təyyarə motosikleti vurub, nəticədə Hizbullah təşkilatının silahlı qanadının üzvü Əli Hicazi məhv edilib.

Digər hədəf isə Tir yaxınlığındakı Umm Tut qəsəbəsində raketlə vurulan yaşayış binası olub. Yerli hakimiyyət orqanları mülki əhali arasında itki və ya xəsarət alanların olub-olmadığını dəqiqləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru