Adrian Pit Bakıda - bağlanan bankdakı pulunu almağa gəlib

6-11-2016, 00:00           
Adrian Pit Bakıda - bağlanan bankdakı pulunu almağa gəlib
“Neftçi” – “İnter” matçını izləyənlər arasında sabiq “Xəzər Lənkəran”lı Adrian Pit də var.

“Qafqazinfo” xəbər verir ki, o, meneceri Tural Əsgərovla birlikdə matçı izləyir. Artıq 5 gündür ki, Bakıda olan oyunçunun dediyinə görə, buradakı dostlarını ziyarət etməyə gəlib.

Pit paytaxtımızda sabiq komanda yoldaşları Rahid Əmirquliyev və Adrian Skarlatake ilə görüşüb. Onun hələ 10 gün də Bakıda qalacağı gözlənilir.

Qeyd edilir ki, Adrian Pitin Bakıya gəlişinin səbəbi "Bank Standart"dakı əmanəti ilə bağlıdır. Belə ki, adıçəkilən bank bağlandığından futbolçu pulunu geri almaq üçün qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru