Gənc stüardessanın boğazı kəsilmiş meyiti tapıldı

10-07-2025, 16:30           
Gənc stüardessanın boğazı kəsilmiş meyiti tapıldı
Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cansız vəziyyətdə tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Cənubi Afrikanın Yohannesburq şəhərindən olan 20 yaşlı Peyk Bell iyulun 3-də Far From It adlı superyaxtanın otaqlarının birində boğazı kəsilmiş halda tapılıb. O, yarıçılpaq olub və qollarında kəsiklər aşkarlanıb. Bu da onun müqavimət göstərməyə çalışdığını göstərir.

Şübhəli şəxs, 39 yaşlı mühəndis Briqido Munoz onun yanında olub. Hadisə zamanı o da xəsarətlər alıb. Həmin şəxs müalicəyə göndərilib, sonra həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru