Goranboyda yeniyetmə anasının və nənəsinin qətlində şübhəli bilinir

25-07-2025, 08:31           
Goranboyda yeniyetmə anasının və nənəsinin qətlində şübhəli bilinir
Goranboy şəhər sakini anasını və nənəsini qətlə yetirməkdə şübhəli bilinir.

TEREF "Report"a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Lalə Saleh qızı İsmayılova və onun anası, 1948-ci il təvəllüdlü Tamella Dilənçi qızı İsmayılova bıçaqlanaraq öldürülüblər.

Onların meyitləri tibbi ekspertizaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru