İlham Əliyev Hikkiyə orden verdi

17-06-2015, 11:29           
İlham Əliyev Hikkiyə orden verdi
Ölkə prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, I Avropa Oyunları AOK rəhbərinin nəzarəti altında keçirilir. Nazir Patrik Hikkinin bu gün 70 yaşı olduğunu söyləyib: “Prezidentimiz Patriki Hikkini “Şərəf” ordeni ilə təltif edib. Mən də öz adımdan və xalqımız adından onu təbrik edirəm”.

Nazir bu gün səhiyyə sahəsində işləyənklərin də bayramı olduğunu xatırladıb: “Səhiyyə işçiləri çox böyük işlər görürlər və bir çox insanların həyatını xilas ediblər. Mən onlara dərin minnətdarlığımı bildirirəm”.

Azad Rəhimov Azərbaycan yığması haqqında da danışıb: Hazırda 19 medalla siyahıda 2-ci yerdəyik. Oyunlar çox gərgin mübarizə şəraitində keçir. Oyunalara böyük diqqət hiss olunur. Tribunalarda hətta yerdə yoxdur və bütün biletlər satılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru