Rektor-deputata məxsus bankda texniki nasazlıq yarandı - AÇIQLAMA

2-07-2015, 16:34           
Rektor-deputata məxsus bankda texniki nasazlıq yarandı - AÇIQLAMA
"Muğanbank" ASC-nin filial şəbəkəsi üzrə əməliyyat sistemində yaranan problemlər sırf texniki xarekterli səbəblərlə bağlı olub.

Bunu "Report"a "Muğanbank"ın baş ofisindən günorta saatlarında filiallarda yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirərkən bildiriblər: "Artıq problem həll edilib".

Bankın açıqlamasına görə, sistemdə yaranan problem baş ofisdən sistemdə aparılan yeniləmə ilə əlaqədar olub və təxminən yarım saat çəkib.

Qeyd edək ki, bu gün günorta saatlarında "Muğanbank"ın filiallarında əməliyyatlarla bağlı müvəqqəti çətinlik yaranıb. Müştərilərə sistemin müvəqqəti çalışmadığı və gözləməli olduqları deyilib.

Virtualaz.org xatırladır ki, mətbuatda dərc olunan yazılara əsasən, "Muğanbank" “Odlar Yurdu” Universitetinin Qazaxdan deputat seçilmiş rektoru Əhməd Vəliyevə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.