Yeznə odlu silahla qaynını qətlə yetirdi - Şəkidə

1-05-2017, 11:27           
Yeznə odlu silahla qaynını qətlə yetirdi - Şəkidə
Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb. Ölən şəxsin İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərov olduğu müəyyənləşib.

Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Əliyev ov tüfəngi ilə qətlə yetirib. Vidadi Əliyev tutulub, qətldə istifadə edilən ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru