Bakıda xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar oğurlayan şəxs tutulub - FOTO

1-05-2017, 13:32           
Bakıda xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar oğurlayan şəxs tutulub - FOTO
Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. E.Məmmədov ilkin izahatı zamanı qəbiristanlıqlardan oğurladığı dəmir əşyaların bir qismini metal qəbulu məntəqələrinə satdığını bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb əməliyyat-axtarış tədbirləri davam etdirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru