Abşeronda evə basqın еtmiş quldurlar 64 yaşlı qadını döyərək onu soyublar

2-05-2017, 09:25           
Abşeronda evə basqın еtmiş quldurlar 64 yaşlı qadını döyərək onu soyublar
Abşeronda naməlum şəxslər evə basqın edərək ev sahibəsini soyublar.
"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsi 71 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən iki naməlum şəxs həmin ünvandakı mənzilin qapısını döyərək özlərini ev sahibəsinə qonşuluqdakı evin ustaları kimi təqdim ediblər.
Ev sahibəsi, 64 yaşlı Abbasova Dürdanə Abbas qızı mənzilin qapısını açdıqda naməlum şəxslər ona hücum edərək qadını döyüblər. Quldurlar daha sonra qadının əl-qollarını bağlayaraq evi talan etməyə başlayıblar. Cinayətkarlar evdən 400 manat pul, qadının protez dişini, mobil telefonunu və gümüş əşyalarını götürərək mənzili tərk ediblər.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru