Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb

26-05-2017, 14:24           
Mançester polisi terror aktında şübhəli bilinən 10-cu adamı saxlayıb
Mançester polisi stadionda baş vermiş terror aktında şübhəli bilinən 10-cu adamı saxlaması barədə "Twitter"də xəbər yayıb.

"Report"un məlumatına görə, həmin şəxs Moss-Sayd zonasında saxlanılıb.

"Bu gün səhər biz Moss-Sayd zonasında bir kişini saxladıq. Bu, "Mençester arena"dakı hücumla bağlıdır" – deyə xəbərdə bildirilir.

Polisdən bildirilib ki, təhqiqatın gedişində 10 nəfər saxlanılıb. Lakin onlardan ikisi – kişi və qadın ittiham elan edilmədən buraxılıb. Hazırda 8 nəfər həbsdədir.

Dünən polisin Mançesterdəki terror aktı ilə əlaqədar 8-ci şübhəlini saxladığı bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru