ABŞ-da tibb bacısı 60 uşağın qətlində şübhəli bilinir

27-05-2017, 09:13           
ABŞ-da tibb bacısı 60 uşağın qətlində şübhəli bilinir
ABŞ-da Cenin Cons adlı keçmiş tibb bacısı azı 60 uşağın qətlində şübhəli bilinir.
"Report" xəbər verir ki, bu barədə yerli hökumət orqanlarına istinadən "Frans Press" məlumat yayıb.
Hazırda qadın Texas ştatının həbsxanasında 1984-cü ildə törədilmiş cinayətlərə görə iki müddətlik cəza çəkir. O, ölüm həddində əzələ relaksantı tətbiq etmək yolu ilə 15 aylıq uşağın həyatına bais olduğuna görə 99 il müddətinə azadlıqdan məhrum edilib. Tibb bacısı, həmçinin sağ qalmağa müvəffəq olmuş digər uşağa potensial ölümcül dozada qıcolma əleyhinə vasitə tətbiq edib.
Bundan əlavə, Consa qarşı ondan üç il əvvəl daha bir uşağın qətli ilə bağlı ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru