Gəncədə 13 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Ozan küçəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Aslanlı Vüsal Vüqar oğlu həyətdəki tut ağacından yıxılaraq ağır xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsə də, yeniyetmənin həyatının qurtarmaq mümkün olmayıb.