Velosipedçini maşın vurub öldürdü - FOTO

28-05-2017, 22:55           
Velosipedçini maşın vurub öldürdü - FOTO
Ələt-Astara magistralının 204-cü kilometrliyində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Həsənov Vasif Baxşəli oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 1965-ci il təvəllüdlü Velədi kənd sakini Ələsgərov Tərlan Ələsgər oğlunu vurub. O, hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.

Ölən şəxsin tikintidə fəhlə işlədiyi bildirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru