Goranboyun icra başçısının qəzada ölən köməkçisinin yerinə yeni təyinat olub
7-06-2017, 08:03
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlunun köməkçisi vəzifəsinə yeni təyinat olunub. "Report"un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə İsmayılov Ülvi Xasay oğlu təyin edilib. İcra başçısının əvvəlki köməkçisi olan Fuad Əliyev ötən ilin dekabr ayında idarə etdiyi "VAZ-2121" markalı avtomobil ilə yol qəzasında dünyasını dəyişib.