Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub

7-06-2017, 08:15           
Çilinin Argentina və Boliviya ilə sərhədində zəlzələ olub
Çilinin Argentina və Boliviya ilə sərhədində yerləşən şimal hissəsində 5,5 maqnitudalı zəlzələ olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çilinin Kalama şəhərinin 53 kilometr cənubunda, 150 minə yaxın insanın yaşadığı ərazidə olub. Zəlzələnin ocağı yerin 116 km. dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru