Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı

28-06-2017, 23:06           
Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı
Bu gün saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşlarının olduğu qayıq qəzaya uğrayıb.

Lent.az-ın “modern.az”-a istinadən xəbərinə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub.

Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru