Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub

29-06-2017, 08:29           
Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub
Dünən Qazax rayonunda çay kənarında cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Coğaz çay kənarında çoban tərəfindən cəsədi aşkarlanan Qoşqar Fikrət oğlu Məmmədovun müxtəlif dərman preparatları içərək intihar etdiyi müəyyənləşdirilib.
Məlumata görə, inşaat mağazasında satıcı işləyən Q.Məmmədov işlədiyi dükanda nisyə satdığı xeyli miqdarda malların pulunu kassaya qaytara bilmədiyi səbəbindən öz canına qıyıb.
Qeyd edək ki, o, ailəli imiş.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru