İmişli rayonu, Muradalı kəndində yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 03:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.