Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub. "Report"un xəbərinə görə, hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib. Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib. Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.