Bakıda çoxmərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

30-06-2017, 19:34           
Bakıda çoxmərtəbəli binada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib
Bu gün Bakıda çoxmərtəbəli binada yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 m2 sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru