Astara şəhərində intihar hadisəsi baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, Nizami küçəsində yaşayan 1958-ci il təvəllüdlü, Məmmədov İsrafil Abdulla oğlu özünə bıçaqla xəsarət yetirib. O, "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.