Putin 110 min polisi işsiz qoydu

13-07-2015, 23:26           
Putin 110 min polisi işsiz qoydu
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin ştat vahidinin 10 faiz (110 min nəfər) azaldılması haqqında fərman imzalayıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya hüquqi məlumat portalında məlumat yerləşdirilib.

Bundan sonra daxili işlər orqanları əməkdaşlarının sayı 835 min, federal dövlət mülki qulluqçularının sayı 5123, sıravi əməkdaşların sayı isə 160124 nəfər olacaq.

Qeyd edək ki, hazırda Rusiya Daxili İşlər Nazirliyinin ştat vahidi 1,113 mln. nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru