Biləsuvarda iki yük maşını toqquşub, sürücülər xəsarət alıb

13-07-2017, 08:22           
Biləsuvarda iki yük maşını toqquşub, sürücülər xəsarət alıb
Biləsuvar rayonunda iki yük maşını toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" və "Shacman" markalı yük avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, “KamAZ”-ın sürücüsü, 1982-ci il təvəllüdlü Araz Lətif oğlu İsgəndərov vəziyyətinin orta-ağır olduğu bildirilir, digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru