Elməddin əməliyyat olundu, avtomobilini dəyər-dəyməzinə satdı

14-07-2017, 00:23           

Aktyor Elməddin Cəfərovun səhhəti pisləşib.

teref.az-nun axşam.az-a istinadən məlumatına görə, aktyor bu haqda “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

O bildirib ki, əməliyyat olunub:

“Dedilər, bərk stres keçirmisən. Bundan sonra da boğazımda angina, burnumda ət yaranıb. Nəfəsalmağım da kəsilmişdi. Onu kəsdirdim".

Elməddin həmin ərəfədə atasının da əməliyyat masasına uzandığını söyləyib:

"Atam da bərk xəstələndi. Bu da məni depressiyaya saldı. Üç dəfə əməliyyat keçirdi. Bu yaxınlarda sıxıntıya düşdüm, avtomobilimi satdım. Özü də təcili olduğu üçün ucuza verdim. Maddi zərərim oldu. Problemimin olmasına normal baxıram. Allah yetirəcək, daha yaxşı maşın alacağam".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru