İstirahət mərkəzində faciə - 10 yaşlı uşaq hovuzda boğuldu

14-07-2017, 22:45           
İstirahət mərkəzində faciə - 10 yaşlı uşaq hovuzda boğuldu
Xudat şəhəri, Müqtədir qəsəbəsində 10 yaşlı uşaq hovuzda boğulub.

teref.az - nun apa-ya istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Bədirov Nihat Xəyal oğlu istirahət mərkəzlərinin birinin hovuzunda çimərkən boğulub.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Meyit müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Fakt araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru