Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 5 ha. sahədə quru ot, kol-kos və 50 ədəd şam ağacı yanıb.
Yaxınlıqdan keçən qaz xətti və yaşayış massivi yanğından mühafizə olunub.
Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.