Bakıda Pakistan vətəndaşına 1700 dollar “atdılar”

17-07-2017, 19:09           
Bakıda Pakistan vətəndaşına 1700 dollar “atdılar”
Pakistandan Azərbaycana gələn turistin 1700 dolları dələduzluq yolu ilə ələ keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə 1993-cü il təvəllüdlü Pakistan vətəndaşı Sayid İbrahimşah 102 xidmətinə zəng edərək məlumat verib.

O bildirib ki, iyulun 6-da Azərbaycana gəlib, səhərigün, yəni iyulun 7-də “28 Mall” Ticarət Mərkəzində tanışı Veysəllə görüşərək özünə məxsus sənədləri tərcümə edərək notariusda təsdiq etməsi üçün ona verib. Bir neçə saat sonra isə həmin şəxslər yenidən Xəqanı parkında görüşüb və əlavə olaraq 1000 dollar verib.

Lakin Veysəl adlı şəxs nə aldığı 1700 ABŞ dollarını, nə də sənədləri qaytarıb.

Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.