Rusiyada güclü zəlzələ oldu

18-07-2017, 11:34           

Təkanların gücü 7,8 bal olub
Azərbaycanın şimal qonşusu Rusiyada güclü zəlzələ olub. teref.az-nun məlumatına görə, yeraltı təkanların gücü 7,8 bal olub.
Təkanlar Kamçatka yarımadasının sahillərində qeydə alınıb. Dərinliyi 6 km olan təkanlar 200 km kimi sahədə hiss edilib. Bu barədə açıqlamanı Amerika Geologiya Xidməti yayıb. Açıqlamada zəlzələnin episentrinin Alyaskanın cənubunda olduğu bildirilir.
Əsas təkanlardan sonra ən böyüyü 5,2 bal olmaqla çox sayda xırda zəlzələ qeydə alınıb. ABŞ Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi 300 km ərazidə sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Lakin qısa müddət sonra Kamçatka və Kuril adalarındakı xəbərdarlıq ləğv edilib. İlkin məlumata görə, Berinq dənizindəki zəlzələ Kamçatka vilayətinə yaşayış məntəqələrinə ziyan vurmayıb. İstiPress












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru