Prezidentin qardaşı zaminə buraxıldı

18-07-2017, 11:43           

Maliyyə cinayətləri ittihamı ilə həbs olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun zaminə buraxılıb.
teref.az “report”a istinadən xəbər verir ki, onun zaminə buraxılması üçün əvvəlcə 500 milyard rial (13,3 milyon dollar) tələb olunub.
Lakin son nəticədə məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.
Qeyd edək ki, İran prezidentinin qardaşı iyulun 16-da həbs olunmuşdu.
Xatırladaq ki, H.Firidun 2015-ci ildə ölkənin nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi elçisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru