Bakının Nizami rayonunda kütləvi dava qeydə alınıb. "Report" xəbər verir ki, 27 yaşlı Əliyev Xəqani Mehman oğlu "8 kilometr bazarı"nda 4 nəfər tərəfindən döyülərək ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.