Ailəsi Vidadi İsgəndərlidən imtina etdi

19-07-2017, 16:21           
Ailəsi Vidadi İsgəndərlidən imtina etdi
Hazırda Gürcüstanda qeyri-leqal yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət ediblər.

Bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.

Öz müraciətində V.İsgəndərlinin anası Həbibə İsgəndərova və onun qardaşı İsfəndiyar İsgəndərov V.İsgəndərlinin fəaliyyəti ilə bağlı hiddətlərini dövlət başçısının diqqətinə çatdırıblar.

Məktubda deyilir ki, “ailənin üzvü bilərəkdən Azərbaycan barədə şər-böhtan xarakterli məlumatlar və bəyanatlar yayır və bu səbəbdən onlar Vidadini artıq ailə üzvü kimi qəbul etmirlər, belə ki, o, İsgəndərli nəslinin adını ləkələyib”.

İsgəndərli ailəsinin Azərbaycan prezidentinə müraciətində müxalifətçinin anası və qardaşı hakimiyyətdən “bu utanc damğasından qurtulmaqda yardım” istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru