Qətərdən sonra Körfəzdə yeni böhran- Bu dəfə...

21-07-2017, 00:14           
Qətərdən sonra Körfəzdə yeni böhran- Bu dəfə...
Körfəz dövlətləri Qətər böhranını yekunlaşmadan İranla Küveyt arasında yeni konflikt yaranıb.

Moderator.az ərəb mətbuatına istinadən xəbər verir ki, İranın Küveytdəki nümayəndəliyinin bağlanıldığı xəbərləri yayılıb. Bu hadisədən sonra Küveyt, İranla diplomatik əlaqələrində yeni addımlar atacağını açıqlayıb.

İranın atdığı addımın əsas səbəbi kimi Küveyt məhkəməsinin ötən il İran vətəndaşının da daxil olduğu bir qrupun cəsusluq ittihamı ilə məhkum etməsi göstərilib. Məhkəmə qərarından sonrakı açıqlamada Küveyt hökuməti İran İslam Respublikasıyla əlaqələrini Vyana qərarlarına uyğun olaraq təşkil edəcək"kimi ifadələr səslənib.

Xarici mətbuatdan əldə olunan məlumata görə Küveyt Respublikası 15 İranlı diplomatı deportasiya edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru