Yunanıstanda zəlzələ nəticəsində iki nəfər ölüb

21-07-2017, 08:40           
Yunanıstanda zəlzələ nəticəsində iki nəfər ölüb
Yunanıstanın Kos adasında baş vermiş güclü zəlzələ nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

APA-nın “Ftans Press”ə istinadən verdiyi xəbərə görə, zəlzələnin həmçinin adada dağıntılara səbəb olduğu bildirilir.

Qeyd edək ki, Egey dənizində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru