Gəncə şəhər sakini özünü yandırıb

21-07-2017, 08:47           
Gəncə şəhər sakini özünü yandırıb
Gəncədə yerli sakin özünü küçədə yandırıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin 20 Yanvar abidəsinin önündə baş verib.
Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Mustafayev Rasim Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.