Azərbaycan nefti bahalaşdı

21-07-2017, 10:04           
Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 50,21 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,89 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 49,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 19-da 47,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 19-da 48,61 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.