Bakıda qız üstündə qanlı hadisə

22-07-2017, 00:48           
Bakıda qız üstündə qanlı hadisə
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

RegionXeberleri.com Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində parklardan birində 1996-ci il təvəllüdlü Vüsal Hüseynzadə bıçaqlanıb.

Vüsal Hüseynzadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Vüsal Hüseynzadə parkda qız üstündə başqa bir oğlanla mübahisə edib. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru