“Amazon”da video yazan eynəklər satışa çıxarıldı

22-07-2017, 01:09           
“Amazon”da video yazan eynəklər satışa çıxarıldı
“Amazon” onlayn mağazasında videoyazı funksiyası olan eynəklər satışa çıxarılıb.

Vevby.ru saytının məlumatına görə, “Snap’s Spectacles” eynəkləri hər iki şüşəsində video yazmaq imkanında olan unikal kamera ilə təchiz edilib.
Bu möcüzəvi texnikanı “Snap” şirkəti istehsal edir. Ötən payız bu eynəklər ictimaiyyətə təqdim edilib və o zamandan bəri onun ətrafında ajiotaj səngimir.
Eynəklər qeyri-müəyyən zamanda 30 saniyəlik videolar yazır və özləri nə zaman yazmaq lazım olduğunu seçirlər. Çəkilən materiallara sonradan öz smartfonunda baxmaq mümkündür.
“Amazon”da bu eynək 130 dollara satılır. Onlar üç rəngdə - göy, qırmızı və qara rənglərdə təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru