Bakıda dəniz limanında dəhşətli hadisə-1 NƏFƏR ÖLDÜ VƏ...

23-07-2017, 15:06           
Bakıda dəniz limanında dəhşətli hadisə-1 NƏFƏR ÖLDÜ VƏ...
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dünən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama verib. QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Lent.az-a bildirib ki, faciəvi şəkildə vəfat edən 26 yaşlı Hilal Məmmədyarlının iş sığortası olub və onun ailəsi maddi yardım alacaq: “Məlum hadisənin baş verməsindən çox təssüflənirik. Dünyasını dəyişən Hilal Məmmədyarlının ailəsinə və yaxınlarına başsağlığı veririk. Hadisənin baş vermə səbəbləri araşdırılır”.
"Təzadlar" qeyd edir ki, Bakıda yerləşən dəniz limanında bədbəxt hadisə baş verib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.