SSRİ-nin ilk leqal milyoneri vəfat etdi

23-07-2017, 17:47           

SSRİ-nin ilk leqal milyoneri Artem Tarasov 67 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, A. Tarasov 1987-ci ildə SSRİ-də ilk kooperativlərdən birini yaradıb və 2 il sonra televiziyada ölkənin ilk leqal milyoneri olduğunu bəyan edib.

A. Tarasov 1990-cı ildə RSFSR-in deputatı seçilib, SSRİ-nin süqutundan sonra Böyük Britaniyaya miqrasiya edib. Daha sonra is Rusiyaya qayıdıb və Dövlət Dumasının ilk çağırışda deputatı seçilib. 1996-cı ildə prezident seçkilərində namizədliyini irəli sürsə də, qeydə alınmayıb. İnnovasiya İnstitutunun direktoru olan A.Tarasov keçən il “Yabloko” Partiyasından deputatlığa namizəd olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru