Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib
24-07-2017, 08:28
Pekinin Minyun qəzasında qeyri-adekvat kişi əlində qayçı ilə betonqarışdırma stansiyasında insanlara hücum edib. "Report" xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Kişi hücumdan sonra mikroavtobusla hadisə yerindən qaçmaq istəyib, lakin bu zaman daha 9 şəhərlini vurub, onlardan biri hadisə yerində ölüb. Hadisənin başvermə səbəbləri araşdırılır.