“Bolge.tv”nin əməkdaşı Milli Mətbuat günü münasibətilə mükafata layiq görülüb-FOTO

24-07-2017, 09:16           
“Bolge.tv”nin əməkdaşı Milli Mətbuat günü münasibətilə mükafata layiq görülüb-FOTO
Bu gün Azərbaycan Milli Mətbuatının 142-ci ildönümüdür. Bu münasibətlə artıq bir neçə gündür ki, əksər jurnalistlər ölkə mətbuatının inkişafında və dövlətçilik ənənələrinin təbliğinə görə müxtəlif mükafatlara layiq görülürlər.
Həmin jurnalistlər sırasında “Bolgexeber.com” xəbər portalının və “Bolge.tv” internet televiziyasının əməkdaşı Təbriz Məhərrəmoğlu da var.
Təbriz Məhərrəmoğlu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında və gənclərə vətənpərvərlik ruhunun aşılanmasında oynadığı rola görə “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu tərəfindən fəxri fərmanla təltif olunub. Biz də kollektivimiz adından Təbriz Məhərrəmoğlunu təbrik edir və ona peşə fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Təbriz Məhərrəmoğlu mükafatlandırma mərasimində öz ürək sözlərini də deyib:
“Bu mükafata məni layiq gördüyünə görə “Beynəlmiləlçi Əlil Döyüşçülər Fonduna və başda “Bolgexeber.com” və “Bolge.tv”nin direktoru Vasif Turan olmaqla öz həmkarlarıma da dərin təşəkkürlərimi bildirirəm. Bu gün mən Vasif Turanın diqqət və qayğısının nəticəsində olduğum nöqtəyə gəlib çatmışam.”
İbrahim Mahmudov
Bolgexeber.com













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru