Azərbaycan neftinin — SON QİYMƏTİ

25-07-2017, 07:35           
Azərbaycan neftinin — SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 49,45 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,83 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 48,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 21-də 46,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 21-də 47,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel azdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.